...Ukraynanın pilotsuz təyyarələrinin Rusiya hərbi aerodromlarına hücumları ilə əlaqəsi olduğu iddia edilən Artem Timofeyevin həyat yoldaşı axtarışa verilib.
SİA-nın məlumatına görə, bu barədə “İzvestiya” Daxili İşlər Nazirliyinin məlumat bazasına istinadən xəbər verir.
Reyestrdəki kartdan əldə edilən məlumatlara görə, əslən Kiyevdən olan Yekaterina Timofeyeva Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddəsi ilə axtarışdadır.
İşlə bağlı digər təfərrüatlar açıqlanmır.
...“İzvestiya” nəşrinin məlumatına görə, dronların buraxıldığı yük maşınlarına məhz Timofeyevaya məxsus olub.
Bundan əvvəl onun əri, Ukraynanın Jitomir şəhərindən olan 37 yaşlı Artem Timofeyev də axtarışa verilmişdi.
O, həmçinin cinayət işi üzrə axtarışdadır.
...İyunun 1-də Ukrayna “Hörümçək toru” kod adlı genişmiqyaslı əməliyyat keçirib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, düşmənin hədəfləri İrkutsk, Murmansk, İvanovo, Ryazan və Amur vilayətlərindəki obyektlər olub. FPV dronları aerodromlara yaxın ərazidən buraxılıb. Bütün terror hücumları dəf edilib, lakin bir neçə təyyarə yanıb, Müdafiə Nazirliyi əlavə edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə