Fırıldaqçılar rusların məlumatlarını oğurlamaq üçün Rusiya Daxili İşlər Nazirliyinin (DİN) saytını saxtalaşdırıblar.
SİA-nın məlumatına görə, agentlik “Russian Cyberpolice Bulletin” Telegram kanalında fişinq resursu ilə bağlı xəbərdarlıq edib.
Daxili İşlər Nazirliyi saxta resursun “mvdsupport.ru” ünvanının olduğunu aydınlaşdırıb.
Səhifə istifadəçilərdən şəxsi məlumatlarını daxil etmələrini xahiş edib ki, bu da sonradan fırıldaqçıların əlinə keçəcək.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə