Rusiyanın “kölgə donanması”na sarsıdıcı zərbə endirilib

İndi yüzlərlə gəmi və onların himayədarları sanksiyalar altındadır.

...Avropa İttifaqı və Britaniya çərşənbə axşamı Rusiyaya qarşı yeni sanksiyalar elan edərək, Rusiya neftini və qazını qeyri-qanuni nəql edən gəmiləri hədəfə alıb.

SİA-nın məlumatına görə, bunu France24 yazır

Avropa İttifaqı 189 belə gəmini neft embarqosunu pozmaqda ittiham edərək, sanksiyalar siyahısına daxil edib.

Bundan əlavə, donanmanın fəaliyyətini asanlaşdıran xarici təşkilatlar da daxil olmaqla, bir sıra Rusiya rəsmiləri və şirkətlərinə qarşı aktivlərin dondurulması və ölkəyə giriş qadağaları tətbiq edilib.

Ümumilikdə, “kölgə” enerji təchizatı ilə və Ukrayna hakimiyyətinin fikrincə, işğal olunmuş ərazilərdən oğurlanmış taxıl ixracı ilə bağlı 350-yə yaxın gəmi indi Avropa İttifaqının sanksiyaları altındadır.

Avropa İttifaqının xarici işlər naziri Kaya Kallas, “Putinin sadəcə sülh istəyirmiş kimi davrandığını, Avropa isə yeni təzyiq tədbirləri hazırladığını” söyləyərək, təkcə Rusiya hakimiyyətinin deyil, onların hərəkətlərinə şərait yaradanların da məsuliyyətə cəlb ediləcəyini vurğulayıb.

S&P Global və Kiyev İqtisadiyyat İnstitutu kimi analitiklərin və ekspertlərin hesablamalarına görə, “kölgə donanması” naməlum mülkiyyətə və şübhəli təhlükəsizlik standartlarına malik 400-500-dən çox köhnəlmiş gəmiləri əhatə edir.

Bu gəmilərdən bəzilərinin sualtı infrastruktura ziyan vurmaqda şübhəli bilinir: ötən ilin dekabrında Finlandiya polisi Eagle S tankerini Finlandiya ilə Estoniya arasında Estlink 2 enerji kabelini zədələməkdə şübhəli bilinərək saxlamışdı.

Avropa İttifaqı həmçinin sığorta şirkətləri də daxil olmaqla BƏƏ, Türkiyə və Honq Konqdan “kölgə donanmasını” dəstəklədiyi deyilən şirkətlərə də sanksiya tətbiq edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə