Bəşəriyyətin varlığına səbəb ola biləcək üç təhlükə…

…Bu təhlükələr daha dərin və daha böyük problemlərin mənbəyinə çevrilə bilər. Onlar resurs çatışmazlığına, sosial və iqtisadi sarsıntılara səbəb ola bilər.

Tədqiqatçılar qlobal fəlakətə səbəb ola biləcək üç əsas təhlükəni müəyyən ediblər: nüvə münaqişəsi, ölümcül virus və asteroid.

SİA xəbər verir ki, “The Infographics Show”un məlumatına görə, nüvə müharibəsi ani məhv olma ehtimalı və iqlim anomaliyaları, o cümlədən “nüvə qışı” səbəbindən ən böyük təhlükə yaradır.

Pandemiya xüsusilə qloballaşma və iqlim dəyişikliyi şəraitində daha təhlükəli virusların meydana çıxması ilə əlaqədar ciddi problemdir.

Yerin asteroidlə toqquşması ehtimalı azdır.

Ancaq bu, 66 milyon il əvvəl baş verdiyi kimi, kütləvi məhvə səbəb ola bilər.

Bu təhdidlər daha dərin və daha geniş yayılmış problemlərə – resurs, ərzaq və su çatışmazlığına, həmçinin sosial və iqtisadi sarsıntılara səbəb ola bilər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə