Dubayda “Ədalət, sevgi və qlobal sülh” zirvəsi öz işinə başlayıb. İki gün davam edəcək tədbirə on iki Nobel Sülh Mükafatı laureatı, dövlət başçıları, yüksək vəzifəli rəsmilər, biznesmenlər və dini liderlər, tanınmış idmançılar və kino ulduzları qatılıb. SİA yerli mətbuata istinadla xəbər verir ki, zirvə Birləşmiş Ərəb Əmirliklərinin tolerantlıq və birgəyaşayış üzrə naziri Şeyx Nəhyan bin Mübarək Al Nəhyanın himayəsi ilə keçirilir.
Açılış mərasimində çıxış edən Federal Milli Şuranın üzvü Əli Raşid ən-Nuaymi sülhün sabitlik və inkişaf üçün əsas şərt olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən Polşanın sabiq Prezidenti və Nobel laureatı Lex Valensa sülhə, ədalətə və ortaq bəşəri dəyərlərə əsaslanan yeni beynəlxalq sistemin qurulmasının vacibliyini qeyd ediblər.
Digər çıxış edənlər, o cümlədən hüquq müdafiəçisi və Nobel Sülh Mükafatı laureatı Əbdüssəttar bin Musa, Mavriki Respublikasının sabiq Prezidenti Amina Qurib-fakim və “Mən Sülh Mühafizəçisiyəm” hərəkatının rəhbəri Hüzeyfə Xurakivala sülh, sosial ədalət, dialoq və təhsilin əhəmiyyətini önə çəkiblər.
Zirvə “Sülh Xartiyası: İnsanlığa sevgi mesajı” sənədinin qəbul edilməsi ilə başa çatacaq. Xartiyada ədalət, bərabərlik, dialoq, azadlıq və məsuliyyət kimi əsas prinsiplər yer alacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə