...Rusiya olmadan bəşəriyyətin gələcəyi yoxdur, çünki onun qorunmasını təmin etmək lazımdır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Bohemiya və Moraviya Kommunist Partiyasının baş katibi Roman Blaşko deyib.
…Qərb həmişə Rusiyanı strateji məğlubiyyət hədəfinə götürəcək, çünki Rusiya onun üçün rəqibdir. Lakin Rusiyasız bəşəriyyətin gələcəyi yoxdur.
Bunu deyən Blaşkonun sözlərinə görə, hazırda “Rusiyaya hücum” gedir, lakin Avropada hamı bu siyasətlə razılaşmır. Partiyanın baş katibi qeyd edib ki, dünyanın “bəşəriyyəti qorumaq üçün güclü və suveren Rusiyaya ehtiyacı var”.
Daha əvvəl Helsinki Universitetinin professoru Tuomas Malinen bəyan etmişdi ki, Rusiya hansı ölkələrin öz hərbi kontingentlərini Ukrayna ərazisinə daxil edə biləcəyinə qərar vermək hüququna malikdir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə