ABŞ dövlət katibi Marko Rubio Cənubi Afrika Respublikasının (CAR) səfiri İbrahim Rəsulu “persona non-qrata” elan edib. SİA xəbər verir ki, bu barədə M.Rubio “X” sosial şəbəkəsində yazıb. "Biz artıq Cənubi Afrikanın böyük ölkəmizdəki səfirindən məmnun deyilik. İbrahim Rəsul, Amerikaya və Prezidentinə nifrət edən irqçi siyasətçidir. Onunla müzakirə edəcəyimiz heç bir şey yoxdur və indi “persona non-qrata” elan olunur", - paylaşımda qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə