...Londonun ICE Futures birjasında Brent markalı neftin may fyuçerslərinin qiyməti 3,04 faiz ucuzlaşaraq bir barel üçün 68,88 dollara düşüb.
SİA-nın məlumatına görə, neftin qiyməti sonuncu dəfə 2024-cü il sentyabrın 10-da bir barel üçün 69 dollardan aşağı düşüb. “Reuters” xəbər verir ki, investorların OPEC+-ın aprel ayında hasilatı artırmağa davam etmək planlarından narahat olması və ABŞ prezidenti Donald Trampın Kanada, Çin və Meksikadan idxala tarifləri ticarət gərginliyini artırması səbəbindən neft qiymətləri həftənin əvvəlindən ucuzlaşır.
Bazar iştirakçıları qorxurlar ki, ABŞ-ın tarifləri və təsirə məruz qalan ölkələrin cavab tədbirləri iqtisadi artımı yavaşlatacaq və yanacağa qlobal tələbatı azaldacaq.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə