...Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna Silahlı Qüvvələrinin Krasnodar diyarında “Türk axını” qaz kəməri ilə qaz nəql edən kompressor stansiyasına hücumundan sonra türkiyəli həmkarı Hakan Fidandan Ukraynaya təsir göstərməsini istəyib.
SİA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Lavrov martın 1-də Fidana zəng edərək fevralın 27-dən 28-nə keçən gecə “Russkaya” stansiyasına hücum barədə məlumat verib.
...Nazir türkiyəli həmkarını mülki infrastruktura qarşı analoji terror aktları törətmək cəhdlərinin qarşısını almaq üçün Kiyevlə əməkdaşlıqda Ankaranın mövcud imkanlarından istifadə etməyə çağırıb.
Bunu nazirlik bildirib.
Fidan “lazımi tədbirlər görüləcək”-deyə əmin edib.
Rusiya Müdafiə Nazirliyi şənbə günü hücuma cəhd barədə məlumat verib.
Stansiyada üç təyyarə tipli dron buraxılıb. Onların hamısı normal rejimdə qaz verən stansiyadan təhlükəsiz məsafədə Rusiya hava hücumundan müdafiə bölmələri tərəfindən vurulub.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə