Starmer şənbə günü Zelenskini qəbul edəcək

...Böyük Britaniyanın baş naziri Keir Starmer və Vladimir Zelenski şənbə günü günortadan sonra Dauninq küçəsində görüşəcək.

SİA-nın məlumatına görə, Reuters bu barədə Starmerin ofisinə istinadən xəbər verir.

Zelenski şənbə günü yerli vaxtla saat 11:20-də Londonun Stansted hava limanına gəlib.

...Baş nazir və prezident Zelenski bu gün günortadan sonra Dauninq-stritdə görüşəcək,-deyə Starmerin ofisinin sözçüsü bildirib.

Görüş Avropa liderlərinin bazar günü Londonda keçiriləcək sammitindən əvvəl keçirilir.

Onlar Ukrayna üçün sülh planını müzakirə etmək niyyətindədirlər.

Britaniyadakı görüş Ağ Evdə Zelenski ilə Donald Tramp arasında qeyri-adi ictimai mübahisədən sonra baş tutub.

Bu qalmaqala görə Kiyev Amerika yardımını itirə bilər. Bundan bir gün əvvəl Starmer həm Tramp, həm də Zelenski ilə danışıb. O, Ukraynaya “sarsılmaz dəstəyini” ifadə edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə