Pulkovodan gələn təyyarə Soçiyə enə bilməyib...

Aeroflot SU 2856 reysi Soçiyə enə bilmir.

SİA xəbər verir ki, Flightradar24 xidmətinin məlumatına görə, təyyarə Sankt-Peterburqun Pulkovo Beynəlxalq Hava Limanından havaya qalxıb.

Problem Soçidə qar yağması və 18 m/s-ə çatan güclü külək səbəbindən yaranıb.

KİV-in məlumatına görə, təyyarə gözləmə zonasında təxminən yeddi dövrə vurub.

Aeroflotun reysi ilə yanaşı daha bir neçə reys hava limanına enə bilmir.

Bundan əvvəl Soçi hava limanının mətbuat xidməti mümkün hava problemləri ilə bağlı xəbərdarlıq etmişdi.

Sərnişinlərə hava limanının rəsmi saytındakı son məlumatları izləmək tövsiyə olunur.

Yeri gəlmişkən, bir neçə müddətdir ki, robotlar Pulkovoda təmizliyə cavabdeh olmağa başlayıblar.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə