...Bu fenomeni suya batan gəmi ilə müqayisə etmək olar. Bu ərazidə baş verən zəlzələlər prosesdə əsas rol oynayır. Geoloqlar ABŞ-dakı Sierra Nevada dağ silsiləsinin tədricən yerin altına batdığını bildiriblər.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu yer qabığının iki nəhəng plitəsinin - Sakit okean və Şimali Amerikanın toqquşduğu regionda aktiv tektonik fəaliyyətlə bağlıdır.
Onlar toqquşduqda dağlar qalxır və onların altındakı yer qabığı Yerin mantiyasına batır. Bu proses gəminin suya batırılmasına bənzəyir.
Buna müxtəlif amillər, o cümlədən yer qabığında çatlar yaradan zəlzələlər və nəhəng süxur kütlələrinin təzyiqi təsir göstərir.
Sierra Nevada altında yer qabığının çökməsi dərin dərələr və dağ silsilələri ilə bölgənin unikal topoqrafiyasının formalaşması ilə nəticələnir. O, həmçinin daha güclü zəlzələlərə və vulkanik fəaliyyətə səbəb ola bilər.
Yeraltı geoloji proseslər bölgənin iqliminə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə