...Fevralın 22-də Yaponiyanın Şizuoka prefekturasının Susono şəhərində Toyota Motor şirkəti tərəfindən tikilmiş eksperimental şəhər Woven City-nin birinci mərhələsinin açılışı olub.
SİA-nın məlumatına görə, layihə 2018-ci ildə, tikinti isə 2020-ci ildə başlayıb.
Woven City küçələri xüsusi olaraq tam sürücüsüz avtomobillərin istifadəsi üçün nəzərdə tutulub. Toyota və onun tərəfdaş şirkətləri daha təkmil avtonom idarəetmə sistemləri yaratmaq üçün özü idarə olunan avtomobillərdən istifadə təcrübəsini diqqətlə toplayacaq və təhlil edəcək. Pilotsuz nəqliyyat sistemləri üçün tədqiqat və inkişaf mərkəzi yeni şəhərin binalarından birində yerləşirdi; tədqiqat və inkişaf mərkəzi Kakezan İxtira Mərkəzi adlandırılıb.
“Toyota” şəhərinin digər özəlliyi isə qidaların çatdırılacağı və zibillərin daşınacağı geniş yeraltı yollar şəbəkəsidir.
Woven City-nin ümumi sahəsi cəmi 294.000 kv. m, birinci mərhələnin sahəsi 47.000 kv. m.-dir.
Şəhərin layihələndirilməsi zamanı mühəndislər və memarlar əvvəlcə bütün binaları, küçələri, infrastrukturu və kommunikasiyaları özündə əks etdirən qəsəbənin dəqiq surəti olan Woven City-nin “rəqəmsal əkizini” yaradıblar.
“Rəqəmsal əkiz” bütün həyat dövrü ərzində şəhərin işini sadələşdirəcək. Eksperimental şəhər sökülən Toyota Motor East Japan zavodunun yerində salınıb.
Layihədə Toyota-nın tərəfdaşları və podratçılar Bjarke Ingels Group, Nikken Sekkei, Sumitomo Mitsui Construction Company və Obayashi Corporation-dur.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə