...İspaniyanın PLD Space şirkəti Omandakı Etlak kosmodromundan Miura 5 raketinin buraxılması üçün müqavilə imzalayıb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki,bu barədə “European Spaceflight” məlumat yayıb.
Ərəb ölkəslərindəki saytlardan birinin məlumatına görə, raketin ilk buraxılışı 2027-ci ildə gözlənilir.
PLD Space qeyd edib ki, bu, “şərq bazarında müştərilərinin ehtiyaclarını ödəmək” üçün lazımdır.
İspan şirkəti həmçinin Fransa Qvianasındakı Kurou kosmodromundan raketlər buraxmağı planlaşdırır və 2025-ci ildə üçüncü platformadan buraxılış üçün icazə almağı planlaşdırdığını açıqlayıb.
Ümumilikdə, PLD Space hər il 30 Miura 5 raketini buraxmağı planlaşdırır.
Yanvar ayında nəşr PLD Space-nin təkrar istifadə edilə bilən raket yaratmaq üzrə müsabiqənin ikinci və son mərhələsində qalib gəldiyini bildirmişdi.
...Perspektivli təkrar istifadə edilə bilən ikipilləli raket Miura 5, ümumi kütləsi 1080 kiloqrama qədər olan faydalı yükü aşağı Yer orbitinə çıxarmaq üçün nəzərdə tutulub.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə