Rusiyada banklar köhnə tipli dollarların qəbulu üçün komissiya tətbiq etməyə başlayıb.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Rusiyanın “Böyük şəhər” nəşri məlumat yayıb.
Deyilənlərə görə, bəzi Rusiya bankları 1995-ci ildən əvvəl buraxılmış 100 və ya 50 dollarlıq əskinasların qəbuluna görə rəsmi olaraq komissiya tətbiq ediblər.
Banklar belə tədbirləri sanksiyaların məhdudlaşdırılması və saxta əskinasların sayının artması ilə izah edirlər.
Onlar yeni üslublu əskinasları təhvil verməyi tövsiyə edirlər. ...Və bəzi banklar isə komissiya əvəzinə dollar alışı üçün son dərəcə əlverişsiz tariflər təyin edirlər.
Eyni zamanda, onlar özləri də valyuta qıtlığının olmadığını iddia edirlər.
Yeri gəlmişkən, bu arada belaruslular da vaxtaşırı Amerika valyutasını rubla dəyişdirərkən çətinliklərlə üzləşdiklərini bildirdilər.
Lakin rus banklarından fərqli olaraq Belarus banklar rəsmi olaraq köhnə tipli dollarların qəbuluna heç bir qadağa olmadığını bildirirlər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə