...Rusiya liderı Vladimir Putin, çətin ki, hətta atəşkəs olsa belə, tərxis olunmaq barədə qərar versin, çünki o, “veteranlarından” qorxur..?
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Müharibənin Öyrənilməsi İnstitutunun analitikləri belə qənaətə gəliblər.
Onların fevralın 23-də dərc olunmuş təhlillərinə görə, Putin Rusiyada müstəqil veteran vətəndaş cəmiyyətinin yaranmasının qarşısını almaq üçün əvvəlki illərdə artıq kampaniyaya başlayıb.
Müharibənin Öyrənilməsi İnstitutunun qeyd etdiyinə görə, Kreml yəqin ki, Rusiyanın Ukraynaya qarşı müharibəsindən qayıdan “veteranların” onun rejiminin sabitliyini təhdid edə biləcəyindən qorxur.
Hesabatda həmçinin deyilir ki, Kreml sadiq “veteranlar”ı işə götürmək və dövlətin nəzarətində olan “veteranlar” təşkilatları yaratmaq üçün bir sıra təşəbbüslərə başlayıb.
Və eyni zamanda Rusiyanın Ukraynaya təcavüzünün davam etməsinə etiraz edənləri susdurmağa və ya Rusiya hökumətinin qərarlarını şübhə altına almağa çalışır.
Müharibənin Öyrənilməsi İnstitutu qeyd edib ki, Putin, görünür, Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasından sonra yaranan veteran vətəndaş cəmiyyətinin müasir ekvivalentindən qaçmağa çalışır, çünki o, siyasi qeyri-sabitlikdən qorxur.
...Putin 700 mindən çox “veteranın” Rusiya cəmiyyətinə reinteqrasiyası ilə bağlı risklərdən, problemlərdən qorxur və buna görə də Ukraynadakı müharibə danışıqlar yolu ilə həll olunsa belə, tam və ya sürətli demobilizasiya həyata keçirə bilməyəcək.
Bunu analitiklər qeyd edirlər.
Müharibənin Öyrənilməsi İnstitutu vurğulayıb ki, ABŞ və Ukraynanın müttəfiqləri Rusiyanın danışıqlardakı mövqeyini və davamlı sülh tələblərini qiymətləndirərkən Kremlin veteran qruplarından qorxmasını və demobilizasiyanı nəzərə almalıdır.
Analitiklər vurğulayırlar ki, Rusiya hökuməti “veteranların” tərxis olunmasını rejimin sabitliyinə potensial təhlükə kimi qəbul edir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə