Divara çırpılan gənc yarışçı 2 gün sonra ölüb…

ABŞ-da yeddi yaşlı yarışçı Elyness Zoe Diaz Rodriguez yarış zamanı qəzaya uğrayaraq dünyasını dəyişib.

SİA-nın məlumatına görə, fevralın 2-də Florida ştatının Orlando şəhərində Junior Drag Racing (iki avtomobilin qısa məsafəyə sprint yarışı) baş tutub.

Yarışlar 1/8 mil (201 m) məsafədə keçirilib, sürət təxminən 40 mil (64 km/saat) ilə məhdudlaşdırılıb.

Bu barədə yarışın təşkilatçıları məlumat verib.

Qız avtomobilin idarəetməsini itirib və beton divara çırpılmadan əvvəl 34 yaşlı yol polisi əməkdaşına çırpılıb. Yaralı xəstəxanaya çatdırılıb, aldığı xəsarətlərin həyatı üçün təhlükə yoxdur.

Amma qızın həyatı üçün həkimlər bir neçə gün mübarizə aparıblar. Lakin o, fevralın 5-də dünyasını dəyişib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə