Ukrayna Silahlı Qüvvələrinin Krasnodar diyarındakı “Russkaya” kompressor stansiyasına hücumu təkcə Rusiyaya deyil, Türkiyəyə də zərbə olub.
SİA-nın məlumatına görə, “RİA Novosti” xəbər verir ki, bunu Türkiyənin “Vətən” partiyasının sədr müavini Hakan Topkurulu deyib.
...Bu hücum təkcə Rusiyaya qarşı deyil, həm də Türkiyəyə qarşı yönəlib ki, bunu yüksək idxal rəqəmlərindən də anlamaq olar, - deyə siyasətçi qeyd edib.
Topkurulu Kiyevin bu cür hücumlarının məqsədinin ABŞ-ın Rusiyaya iqtisadi ziyan vurmaq cəhdi olduğunu da vurğulayıb.
Onun sözlərinə görə, bu, Avropa ölkələrinə də aiddir, çünki onlar “Türk axını” ilə Rusiya qazını almaq imkanlarını saxlayırlar.
Daha əvvəl Avropa Komissiyasının nümayəndəsi Anna-Kaisa İtkonen bildirmişdi ki, Brüssel Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatının Krasnodar diyarındakı Qay-Kodzorda Türkiyə vasitəsilə qaz tədarük edən “Russkaya” kompressor stansiyasına zərbə endirməsindən narahatdır. O vurğulayıb ki, idarənin bu məsələ ilə bağlı Ukrayna tərəfi ilə hələlik heç bir əlaqəsi olmayıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə