...Varşavanın Dairə Məhkəməsi kanadalı Laken P.-ni Rusiyaya casusluq etdiyi iddiası ilə 8 ay həbs cəzasına məhkum edib.
SİA xəbər verir ki, bu barədə Polşa Milli Prokurorluğu məlumat yayıb.
...2024-cü il dekabrın 20-də Varşava Rayon Məhkəməsi Milli Prokurorluğun Mazoviya Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ittiham aktını qəbul edərək, 18 yaşlı Kanada vətəndaşı Laken P.-yə qarşı hökm çıxarıb.
Bu, departamentin açıqlamasında deyilir.
Laken P. Rusiyaya casusluq etməkdə və Polşa hərbi bazalarını izləməkdə, həmçinin ayrı-ayrı hərbçilər ilə əlaqə yaratmaqda ittiham edilib.
Onun bu məqsədlə ötən ilin mayında Danimarka vasitəsilə Şərqi Avropa ölkəsinə gəldiyi güman edilir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB