Kubada sursat anbarında baş verən partlayışdan sonra 13 Kuba əsgərinin itkin düşdüyü açıqlanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, partlayış Kubanın şərqindəki Holqin əyalətində silah və sursat anbarında baş verib. Kuba Silahlı Qüvvələrindən verilən açıqlamada partlayışdan sonra 13 əsgərdən xəbər alınmadığı qeyd edilib.
Səlahiyyətlilər partlayışın tikinti sahəsindəki yanğın nəticəsində baş verdiyini qeyd edərək, hadisə ilə bağlı araşdırmalara başlayıb. Partlayışla əlaqədar ərazidən 361 nəfər təxliyə edilib.
Kuba ordusundan verilən açıqlamada itkilərin 4 zabit və 9 əsgər olduğu bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə