...Rusiyanın NATO-ya qeyri-standart hücumunun, məsələn, təxribat və ya yandırma aktının əhəmiyyətli itkilərlə nəticələnməsinin real ehtimalı var.
SİA-nın məlumatına görə, bunu “Sky News”-a müsahibəsində hibrid müharibəni izləmək və qarşısını almaq üçün NATO-nun strategiyasını yeniləyən, təşkilatın yüksək vəzifəli rəsmisi Ceyms Appaturay bildirib.
...Biz qaynayan qurbağa vəziyyətindəyik,-deyən Appaturay, Rusiyanın Avropa, ABŞ və Kanadadakı hibrid hücumlarının beş il əvvəl “tamamilə qəbuledilməz” olan səviyyələrə çatdığına işarə edib .
NATO rəsmisinin sözlərinə görə, Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsi başlayandan bəri həyati əhəmiyyət kəsb edən sualtı kabellərin kəsilməsi, binaların təxribatı və təyyarə yüklərinə yandırıcı qurğuların yerləşdirilməsi daxil olmaqla, “kinetik” hərəkətlərin sayında xüsusilə artım müşahidə olunub.
Appaturayın sözlərinə görə, bir çox sui-qəsdlərin qarşısı alınsa da, amma yüzlərlə belə hərəkətlər var.
Hücumların sayının artması Kremlin Qərbin Ukraynaya hərbi dəstəyinə cavabı olub. Moskva əmindir ki, Qərb Rusiyaya qarşıdır.
NATO nümayəndəsinin fikrincə, bu, doğru deyil.
...Rusiyanın hibrid hücumunun sərhədi keçib NATO ilə Rusiya Federasiyası arasında müharibəyə səbəb olub-olmaması ilə bağlı suala Appaturay bildirib ki, hücumlardan birinin “hüdudları aşaraq genişmiqyaslı olacağından” narahatdır.
Onun sözlərinə görə, bu hücumlardan birinin xeyli sayda insan tələfatı və ya əhəmiyyətli iqtisadi zərərlə nəticələnməsi real ehtimalı var.
Jurnalistlərin qeyd etdiyi kimi, Appaturay və komandası NATO-nun hibrid müharibəyə qarşı mübarizə strategiyasını yeniləyir, bu strategiya sonuncu dəfə təhlükənin tamamilə fərqli olduğu 2015-ci ildə hazırlanmışdır.
Bu iş Rusiya və Çin, İran və Şimali Koreya da daxil olmaqla digər düşmən tərəflərin bütün şübhəli hibrid hücumlarının xəritəsini çəkmək üçün yeni ittifaq səylərini əhatə edir.
Yenilənmiş siyasət 2025-ci ildə təsdiqlənməlidir.
O, həmçinin NATO-nun təcavüzün qarşısını ala və alyansın istənilən addımının eskalasiya kimi qiymətləndirilə biləcəyini nəzərə alaraq blokun necə cavab verməli olduğunu təsvir edəcək.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə