Səkkiz il əvvəl Berlinin Braytşayd meydanındakı Milad yarmarkasında törədilən terror aktı qurbanlarının xatirəsinin anım mərasimi keçirilib. SİA "Tagesspiegel" nəşrinə istinadla xəbər verir ki, Braytşayd meydanında keçirilən anım mərasimində həlak olanların yaxınları, dövlət qurumlarının nümayəndələri və siyasətçilər iştirak ediblər.
İmperator Vilhelm memorial kilsəsində (Gedextniskirxe - Anım kilsəsi də deyilir) davam edən mərasimdə bu terror aktı və ümumiyyətlə terrorizmin bütün formaları şiddətlə qınanılıb, faciə qurbanlarının xatirəsinə dualar oxunub.
Sonra terror aktı qurbanlarının adları oxunub, onların xatirəsinə şamlar yandırılıb və memorial kilsənin zəngi 13 dəfə çalınıb.
Xatırladaq ki, 2016-cı il dekabrın 19-da terrorçular yük avtomobilini Berlinin Braytşayd meydanındakı Milad yarmarkasında insanların üstünə sürməsi nəticəsində 13 nəfər həlak olmuş, 70-dən çox insan xəsarət almışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə