Pentaqon səfalət içində

Yeni il və Milad bayramına qədər yeni hərbi büdcə razılaşdırılmasa, amerikalı hərbçilərə maaşların verilməsində problemlər yarana bilər. SİA xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder mətbuat konfransında bildirib.

“Nazirlik mümkün bağlanma üçün ehtiyatlı planlaşdırma və hazırlıq işləri aparır. Rəhbərliyimiz fövqəladə hallar planlarını yenilədi”, - Rayder bildirib.

O əlavə edib ki, bağlanma halında (maliyyə çatışmazlığı səbəbindən dövlət işlərinin dayandırılması) ABŞ Müdafiə Nazirliyi əsas funksiyaları yerinə yetirməyə davam edəcək - şəxsi heyət ödənişsiz hərbi xidmət keçməli olacaq.

Bundan əvvəl ABŞ Konqresindəki Respublikaçılar ölkə hökumətinin maliyyəsini kəsməmək üçün müvəqqəti büdcə layihəsi təqdim etmişdilər.

Nümayəndələr Palatasındakı Demokratik azlığın lideri Hakim Cefrisin deyib ki, qanunvericilər layihəni nəzərdən keçirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə