Suriyadakı Amerika hərbçilərinin sayı açıqlanıb. SİA xəbər verir ki, bu haqda Pentaqonun mətbuat katibi Patrik Rayder brifinq zamanı danışıb. “Biz sizə mütəmadi olaraq məlumat vermişik ki, Suriyada təxminən 900 ABŞ əsgəri var. Bu gün Suriyada faktiki olaraq iki minə yaxın Amerika əsgərinin olduğunu öyrəndim”, - Rayder bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə