Son bir ildə Belarusda elektromobillərin sayı iki dəfə artıb. SİA-nın məlumatına görə, bu barədə energetika nazirinin müavini Denis Moroz danışıb.
Hazırda Belarusda 21 mindən çox elektrik avtomobili var. Ekspertlərin fikrincə, ilin sonuna qədər bu rəqəm 24 minə yaxınlaşa bilər.
Energetika Nazirliyi bu artımı enerji doldurma infrastrukturunun aktiv tikintisi ilə əlaqələndirir.
Nazir müavini qeyd edib ki, elektromobillərin sayının artması ölkə daxilində elektrik enerjisinin satışı üçün müəyyən bazar yaradır.
…Və biz hal-hazırda elektrikli nəqliyyat vasitələrinə yanacaq doldurmaq üçün elektrik enerjisi istehlakında iki dəfədən çox artım müşahidə edirik.
Bunu da Moroz deyib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə