...İran rialının məzənnəsi dollara nisbətdə tarixi minimuma düşüb – 1 dollar üçün 777.000.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə AP agentliyi yazır.
2015-ci ildə İranın dünya qüdrətləri ilə nüvə razılaşması zamanı rialın məzənnəsi 1 dollara 32 min idi.
İran prezidenti Məsud Pezeşkiyanın and içdiyi gün (30 iyul 2024-cü il) məzənnə 1 dollar üçün 584 000 olub.
Donald Trampın ABŞ seçkilərində qələbə qazandığı gün məzənnə 1 dollar üçün 703 min olub.
Ölkənin mərkəzi bankı bazarda valyuta təklifini 220 milyon dollar artırmaqla məzənnəni sabitləşdirməyə çalışır.
İran valyutasının hazırkı çöküşü, güclənən enerji böhranı səbəbindən hakimiyyətin məktəbləri, universitetləri və dövlət idarələrini bağlamaq əmrindən sonra baş verir.
...Hazırda İranda hava kəskin şəkildə soyuyub və enerji sistemi gərginliyə tab gətirə bilmir: qaz təchizatında fasilələr başlayıb. Ölkənin enerji sistemi genişmiqyaslı modernləşdirmə tələb edir ki, Qərbin sanksiyaları səbəbindən bunu reallaşdırmaq praktiki olaraq mümkün deyil.
Bu yay İranda istilik dalğası zamanı enerji sistemi yükün öhdəsindən gələ bilməyəndə bir sıra elektrik kəsilməsi yaşanıb.
ABŞ Enerji İnformasiya Administrasiyasının məlumatına görə, İran 2022-ci ildə dünyanın yeddinci ən böyük xam neft istehsalçısı olub və Venesuela eləcə də Səudiyyə Ərəbistanından sonra üçüncü ən böyük sübut edilmiş ehtiyatlara malik olub.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə