Kadırov Trampın Ukraynadakı münaqişəni 24 saata bitirmək barədə bəyanatından danışıb

Çeçenistan rəhbəri Ramzan Kadırov ABŞ-ın növbəti prezidenti Donald Trampın Ukraynadakı münaqişəni “bir neçə zənglə 24 saat ərzində” bitirəcəyi ilə bağlı sözlərini şərh edib.

SİA RT-yə istinadən yazır ki, o, bu açıqlamaya “görək necə insandır” ifadəsi ilə cavab verib.

...Əgər o, kişidirsə, deməli, bütün dünyaya kişi olduğunu sübut etməli, sözünün üstündə durmalıdır. Onun sözünün üstündə duracağına inanırıq, - deyə Kadırov bildirib.

Eyni zamanda, Çeçenistan rəhbəri bunun mümkün olduğuna şübhə etdiyini də bildirib.

...O, 24 saat ərzində müharibəni dayandıra bilməyəcək və bu, onun əlində deyil.

Kadırov öz mövqeyini bildirib. Onun sözlərinə görə, Tramp öz dövlətindən və avropalı tərəfdaşlarından maliyyələşməni dayandıra bilər, lakin “son sözü Rusiya prezidenti Vladimir Putin deyəcək..?

ABŞ prezident seçkilərindən əvvəl Tramp dəfələrlə söz vermişdi ki, qalib gələrsə, Ukraynadakı döyüşləri “24 saat ərzində” dayandıracaq. O, xüsusən Rusiya və Ukrayna liderləri Vladimir Putin və Vladimir Zelenskini “yaxşı tanıdığını” və buna görə də böhranı 2025-ci ilin yanvarında andiçmə mərasimindən əvvəl həll edəcəyini söyləmişdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə