“Annalena Berbok quduz ksenofobdur...”

Zaxarova Berbokun Kiyevi uzaqmənzilli silahlarla təmin etmək çağırışına cavab verib

Kiyevə uzaqmənzilli silahların verilməsinə çağıran Almaniyanın xarici işlər naziri Annalena Berbok quduz ksenofobdur.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Telegram-da Berbokun açıqlamasına belə cavab verib.

Zaxarovanın sözlərinə görə, Berbokun açıqlaması ilə əlaqədar ona bir neçə sual vermək istəyir.

Onların arasında Almaniya hakimiyyətinin Adolf Hitleri bir sıra şəhərlərdə fəxri vətəndaş statusundan məhrum etməyi və Vermaxt əsgər və zabitlərinin adını daşıyan hərbi obyektlərin adının dəyişdirilməsini planlaşdırıb-qaldırmaması da var.

Zaxarova həmçinin Berbokdan yəhudi vətəndaşlarından başqa, mühasirədə olan Leninqrad sakinlərinə də təzminat ödəməyin vaxtının gəlib çatmadığını soruşub.

Qeyd edək ki, Berbokun Ukraynanı uzaqmənzilli silahlarla təmin etmək təklifi daha əvvəl, noyabrın 16-da məlum olub. O, Almaniyanın “Taurus” qanadlı raketlərini birbaşa qeyd etməyib. Eyni zamanda o, Fransa və Böyük Britaniya kimi ölkələrin artıq Kiyevi analoji silahlarla təchiz etməsinə aydınlıq gətirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə