Döyüşlərin gedişi ilə bağlı Ukrayna hökumətində ümidsizlik artmaqdadır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Bloomberg adı açıqlanmayan Ukrayna rəsmilərindən biri deyib.
...Məmurlar arasında münaqişənin gedişi ilə bağlı ümidsizlik hissi artır. Mənbələr əlavə edib ki, ABŞ-da keçiriləcək seçkilərin nəticələri Vaşinqtonda Ukrayna üçün xoşagəlməz qərarlara səbəb ola bilər. Bundan əlavə, Ukraynanın müttəfiqləri münaqişənin daha da gərginləşməsindən qorxurlar.
Bunu da rus saytları yazır.
Bloomberg daha əvvəl yazmışdı ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın intensiv hücumları səbəbindən Kursk vilayətində mövqelərini tədricən itirir. Bununla belə, nəşr yazır ki, Ukrayna indi Kurskdakı mövcudluğunu saxlamaqda siyasi qərarlıdır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə