Patruşevdən qeyri-qanuni miqrantlarla bağlı təklif...

Bu arada Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, ölkənin şimal-qərbində qeyri-qanuni miqrantlara qarşı mübarizəni gücləndirməyin vacibliyini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, onun sözlərini TASS sitat gətirir.

Patruşevin sözlərinə görə, Rusiya Federasiyasının ərazisində etnik anklavlar olmamalıdır, çünki miqrantlar terrorçu və ekstremist xarakterli cinayətlər də daxil olmaqla cinayətlər törətmək üçün zəmin yaradır.

Təhlükəsizlik Şurası katibinin sözlərinə görə, əmək miqrantları adı altında terrorçu və ekstremistlərin ölkəyə nüfuz etmə təhlükəsi var.

...Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin miqrasiya siyasətinə yanaşmaların yenilənməsi sahəsində vəzifələr müəyyən edib. Bu halda Rusiya Federasiyasının milli maraqları və ictimai təhlükəsizlik, o cümlədən mədəni eləcə də linqvistik kimliyin qorunması nəzərə alınmalıdır

Bunu da Patruşev bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə