Pyotr Poroşenkonun işgüzar səfəri ləğv edilib

...Ali Rada sədrinin birinci müavini Ukraynanın eks-prezidenti Pyotr Poroşenkonun işgüzar səfərinin ləğv edilməsini və onun xaricə getməsinə icazə verilməməsini “rəsmi istifadə üçün” yazılmış məktub alması ilə izah edib. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Rada rəhbərinin müavini Aleksandr Kornienko məktubun məzmununu açıqlamayıb.

Onun sözlərinə görə, Poroşenko xaricə səfərinin əsas səbəbi kimi parlamentdən kənar tədbirdə - Beynəlxalq Demokratik İttifaqın partiya forumunda və digər yüksək səviyyəli görüşlərdə iştirakını göstərib.

...Daxili prinsiplərimizə görə, partiya tədbirlərində iştiraka icazə verilir, lakin “rəsmi istifadə üçün” etiketli məktub aldıqda, şərh verə bilmərəm, ezamiyyəti ləğv etmək məcburiyyətində qaldıq.

Kornienko bunu milli telemarafonda deyib.

Qeyd edək ki, Poroşenko cümə günü səhər saatlarında Rada rəhbərinin əmri olsa da, dekabrın 1-dən 8-dək Ukraynadan ezamiyyətə getməsinə icazə verilmədiyini bildirib. Poroşenkonun sözlərinə görə, yaxın günlərdə o, ABŞ Konqresinin və Polşa Seyminin nümayəndələri ilə görüşlər planlaşdırıbmış.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə