Tonqada 7,6 bal gücündə zəlzələ baş verib

Sakit okeanda ada ölkəsi olan Tonqada 7,6 bal gücündə zəlzələ baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, zəlzələdə can və mal itkisi olmayıb. ABŞ Geoloji Xidməti 7,6 bal gücündə zəlzələnin episentrinin Niuatoputapu adasının Hihifo bölgəsindən 95 kilometr şimal-qərbdə olduğunu açıqlayıb.
Sözügedən zəlzələdən sonra Hihifodan 71 kilometr şimal-qərbdə 5,1 bal gücündə zəlzələ də qeydə alınıb.

Qeyd edək ki, zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib.

Fazil Hənifəyev

Bütün xəbərlər Facebook səhifəmizdə