Qurani-Kərimi yandıran qadına 3 il həbs cəzası verilib

Slovakiyada yaşayan Şeyla Szmerekova 2017-ci ildə Quran səhifələrini cırıb, tualet kağızı kimi istifadə edib, sonra isə yandırıb. Szmerekova həmçinin videonu izləyənləri "müsəlmanlara qarşı mübarizəyə" çağırıb. Məhkəmə Şeyla Szmerekovanı müsəlmanların müqəddəs kitabını təhqir etməklə ifrat dərəcədə hərəkət edərək "ictimaiyyəti başqa xalqların, mədəniyyətlərin və dinlərin nümayəndələrinə qarşı təhrik etməkdə" təqsirli bilib və onu "etnik nifrət cinayəti" törətdiyinə görə 3 il müddətinə azadlıqdan məhrum edib.

Məhkəmə həmçinin Szmerekovanın cəzasının təxirə salınmaması barədə qərar verib. Məhkəmədə Szmerekova Quranı başqa ölkədəki kitab mağazasından aldığını, lakin videonu Slovakiyada çəkdiyini bildirib. Szmerekov cinayət əməlini törətdiyini inkar etməməklə yanaşı, bu əməli ilə kiməsə zərər vurduğunu düşünmədiyi üçün özünü təqsirli bilmədiyini də iddia edib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə