Seneqal komandasının lideri Türkiyədə yaşadıqlarını izah edib

Təxminən 10 gün Hatayda axtarış-xilasetmə işlərinə qatılan və ötən həftə ölkəyə qayıdan Seneqal komandasının lideri Sall Türkiyədə keçdikləri prosesi izah edib. SİA xarici mətbuata xəbər verir ki, Seneqal yanğınsöndürmə briqadasının alt bölməsində çalışdıqlarını və ilk dəfə zəlzələ bölgəsində işləmək fürsəti əldə etdiklərini bildirən Sall, Hatayda gördüklərindən çox təsirləndiklərini qeyd edib.

O, Hatayı görəndə çox təəccübləndiyini bildirib: “Demək olar ki, bütün şəhər yerlə-yeksan oldu. Hələ də gördüklərimizin təsiri altındayıq. Türk xalqı bu qədər itkiyə baxmayaraq çox cəsur və dözümlü idi".

Sall açıqlamalarından istifadə edərək dağıntının miqyasının təsvir edilə bilməyəcəyini söyləyib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə