Komandir Türkiyədə yaşadıqlarını danışdı

Əsas mərkəzi Kahramanmaraş olan zəlzələlər səbəbilə Türkiyəyə çatan axtarış-xilasetmə qruplarından biri olan Sudan Daxili İşlər Nazirliyi Polis İdarəsinin Mülki Müdafiə Qrupu bir həftə ərzində 16 nəfəri dağıntılar altından xilas edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Sudan axtarış-xilasetmə qrupunun komandiri, briqada generalı Almatri Əhməd zəlzələ bölgəsində gördüyü işlərdən danışıb. Almatri Əhməd Sudan ordusu ilə müdafiə və Daxili İşlər Nazirliyinin koordinasiyasında axtarış-xilasetmə əməliyyatları üçün Türkiyədə zəlzələ bölgəsinə 7-si tibb personalı olmaqla 40 nəfərlik bir qrup göndərildiyini bildirib.

Zəlzələnin 5-ci günündə təxminən 100 saat sonra işə qatılmasına baxmayaraq ilk gündə 3 nəfəri dağıntılar altından xilas etdiklərini qeyd edən Almatri, "Ertəsi gün 2 nəfəri xilas etdik. Təəssüf ki, işçi qrupumuz dağıntılar altından 17 nəfərin cəsədini çıxarıb”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə