Dağıntılar altından çıxan ailə təəssüratlarını bölüşüb

Kahramanmaraşda 7,7 və 7,6 bal gücündə zəlzələlərdən ən çox zərər çəkən vilayətlərdən biri olan Adıyamanın Besni bölgəsində 4 nəfərlik Öztürk ailəsi çökən binanın dağıntıları altında qalıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, dağıntılar altından öz səyləri ilə çıxan ailə həmin dəhşət anlarını danışıb. Ailənin üzvü Sevgi Öztürk evlərinin zəlzələdə 5-10 saniyə içində çökdüyünü dilə gətirib. O, bildirib ki, çox pis vəziyyətdi, evimiz uçandan sonra da zəlzələ davam etdi: “Binamız 4 mərtəbəlidir, 2-ci mərtəbədə idik. Yuxuda olduğumuz zaman zəlzələnin yaratdığı güclü səsə oyandıq. Dərhal əşyalarımızı yığmağa çalışdıq, amma pəncərədən baxmağa belə imkanımız olmadı. Mən, həyat yoldaşım və 2 uşağımla dəhlizə çatan kimi dərhal yıxıldıq. Zəlzələ baş verəndə evimizin uçması 5-10 saniyə çəkdi”.

Nurcan İsmayılova

Bütün xəbərlər Facebook səhifəmizdə