Tayvan zəlzələdən zərərçəkənlərə 32 milyon dollar bağışladı

Kahramanmaraşda baş verən zəlzələlərdən sonra Tayvanın açdığı yardım hesablarına edilən nağd ianələrin 32 milyon dolları keçdiyi bildirilir. SİA xarici mətbuata istinadən xəbər verir ki, yardım materiallarının toplanması üçün təşkil edilən kampaniyaya əlavə olaraq, bir çox tayvanlı zəlzələ qurbanları üçün vəsait bağışlayıb.

Fevralın 7-də hökumətin Tayvan adasında açdığı xeyriyyə hesablarına göndərilən ianələr 1 trilyon yeni Tayvan dollarını (təxminən 32,75 milyon dollar) keçib.

Nazirlik yardım kampaniyasının martın 6-dək davam edəcəyini və toplanan vəsaitin təbii fəlakətin aradan qaldırılması üçün Türkiyəyə köçürüləcəyini bildirib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə