Cari ilin ikinci rübündə Gürcüstan ərazisinə 1,7 milyon beynəlxalq qeyri-rezident səyahətçi daxil olub. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz azdır.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.
Bildirilir ki, hesabat dövründə ölkəyə 1,2 milyon turist gəlib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz azdır. Beynəlxalq ziyarətçilərin 81,5 faizi yalnız turistlər olub.
İlin ikinci rübündə səfərlər zamanı çəkilən xərclər 3 milyard lari təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,3 faiz azdır.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB