Azərbaycan-Konqo münasibətləri hansı səviyyədədir? - MİLLƏT VƏKİLİ BİLDİRDİ

“Konqo Respublikası Afrikanın ən böyük ölkələrindən hesab edilir. Azərbaycanla-Konqo arasındakı münasibətlər elə də yüksək səviyyədə deyil”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib.

Onun sözlərinə görə, bununla belə Afrika ölkəsinin Azərbaycanda səfirlik açmaq istəməsi onun bizimlə sıx əlaqələr qurmaq istəməsindən xəbər verir: “Mümkündür ki, onlar Azərbaycan şirkətlərinin Konqo şirkətlərinə sərmayə qoyulmasında, neft-qaz yataqlarının istismarında Azərbaycan təcrübəsindən istifadə olunmasında, konqolu gənclərin Azərbaycan universitetlərində təhsil almasında maraqlıdırlar. Həmçinin digər sahələrlə əməkdaşlıq istəkləri ola bilər.

Ümumən götürdükdə Azərbaycanla əlaqə qurmaq istəyən ölkələrinin sayı çoxdur. Azərbaycanın dövlət quruculuğunda, iqtisadiyyatın moderinləşməsində əldə etdiyi nəticələr diqqətəlayiqdir. Bütün bunlarla yanaşı Azərbaycanın beynəlxalq aləmdə sülhün stabilliyin təmin edilməsi istiqamətində apardığı işdə digər dövlətlərdə məlumatlıdırlar. Onun BMT şurasının üzvlərindən biri olarkən fəaliyyəti diqqəti çəkəndir. Bu baxımdan Azərbaycanın Qoşulmama Hərəkatına sədirliyi hərəkat tarixində ən müsbət dövr hesab edilir. Bunun nəticəsidir ki, hərəkat üzvləri Azərbaycanın hərəkatda bir ildə sədr olması təşəbbüsü ilə çıxış etdilər. Azərbaycan dünyanın bütün ölkələri ilə maraqların üst-üstə düşən sahələrdə əməkdaşlıq etməyə həmişə hazırdır”.

Bütün xəbərlər Facebook səhifəmizdə