...Mini şirkəti ilk dəfə 2011-ci ildə təqdim edilən kompakt Rocketman konseptini yenidən istehsala buraxmağı düşünür. SİA xəbər verir ki, bu barədə brendin dizayn rəhbəri Holger Humpf bildirib.
O, layihənin hələ də “çox maraqlı” olduğunu və şirkətin mühəndislərinin cəmi 3,6 metr uzunluğunda müasir avtomobil yaratmağın yollarını axtarmağa davam etdiyini bildirib. Kompaktlıq Rocketman-ın əsas xüsusiyyəti idi - konsepsiya 1959-cu ildən klassik Mini-nin mənəvi varisi kimi düşünülmüşdü...
Üç qapılı hetçbek karbon lifli məkan çərçivəsi, dörd oturacaq və sürüşmə elementi olan unikal arxa lyuk ilə qeyri-adi dizayna malik idi.
Lakin, son 15 ildə avtomobil sənayesi əhəmiyyətli dərəcədə dəyişib.
Müasir avtomobillər daha böyük və texnoloji cəhətdən daha inkişaf etmiş hala gəlib və sərt təhlükəsizlik tələbləri ultra-kompakt modellərin yaradılmasını çətinləşdirir.
Humpf-a görə, Mini-nin kompakt ölçüləri müasir sürücü yardım sistemləri və yüksək səviyyəli təhlükəsizliklə birləşdirməsi lazımdır.
...Bu asan deyil,- dizayner etiraf edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB