Yaponiya gündəlik həyat üçün köməkçisi robot yaradır…

…Tsukuba Universitetinin alimləri əlilliyi olan insanlara hərəkət etməyə və gündəlik işləri yerinə yetirməyə kömək edən robot hazırlayıblar.

Cihaz niyyətlərini şərh etmək və müxtəlif sistemləri idarə etmək üçün insanın hərəkətləri və baxışları haqqında məlumatlardan istifadə edir.

SİA-nın məlumatına görə, robot fiziki dünya ilə rəqəmsal texnologiyalar arasında keçid zonası adlanan kiberməkanda fəaliyyət göstərir.

Bu, ona həm real obyektlərlə, həm də İnternet cihazları ilə qarşılıqlı əlaqə yaratmağa imkan verir. Nəzarət biosiqnallardan istifadə etməklə həyata keçirilir ki, bu da nevroloji xəstəlikləri və ya yaş məhdudiyyəti olan insanlar üçün xüsusilə vacibdir.

Sınaq zamanı robot gündəlik şəraitdə ona verilən tapşırıqları uğurla yerinə yetirib.

Tədqiqatçılar əmindirlər ki, bu cür texnologiya insanlara müstəqilliyini qoruyub saxlamağa, səhiyyə sisteminin yükünü azaltmağa, yaşlılara və hərəkət qabiliyyəti məhdud xəstələrə qayğını sadələşdirməyə kömək edəcək.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə