UAZ-lar tez paslanmağı dayandıracaq

...Ulyanovsk Avtomobil Zavodu avtomobil kuzovlarını yeni üsulla rəngləməyə başlayıb: müəssisədə modernləşdirilmiş rəngləmə xətti işə salınıb.

SİA UAZ-dakı mənbəyə istinadən xəbər verir ki, o, yüksək texnologiyalı robotlar vasitəsilə rənglənib.

Mənbənin qeyd etdiyi kimi, modernləşdirmə avtomobillərin rənglənməyə hazırlıq dərəcəsini və bütün istehsal prosesinin səmərəliliyini əhəmiyyətli dərəcədə artıracaq.

Yeni avadanlıq astarın gövdə üzərində bərabər şəkildə iki qatda yayılmasına imkan verir ki, bu da örtünün yüksək keyfiyyətini və nəticədə davamlılığını təmin edir.

Bundan əvvəl UAZ-ın baş direktoru Aleksey Spirin bildirmişdi ki, xətt modernləşdirildikdən sonra astarın tətbiqi üçün elektrostatik üsuldan istifadə olunacaq. Yeni texnologiya ilə rənglənən ilk avtomobillər yaxın həftələrdə hazır olacaq. Onları ikinci rübün ortalarında almaq mümkün olacaq.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə