...SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Kanadanın Ontario şəhərindəki Windsor Montaj Zavodunda daxili yanma mühərrikli Dodge Charger Sixpack istehsalına başlanılıb.
Bu, hələ gündə 100 nüsxə ilə pilot yığımıdır.
Avtomobilin 2025-ci ilin yayında satışa çıxarılacağı gözlənilir.
Elektrikli Dodge Charger Daytona da 2025-ci ildə satışa çıxarılacaq. Avtomobil 496 və 670 at gücünə malik bir neçə tam ötürücü variantı alıb.
Eyni zamanda, benzin variantı nəzərdə tutulduğundan beş ay tez bazara çıxacaq.
Bu, elektromobillərə tələbatın azalması ilə bağlıdır. Daxili yanma mühərriki olan əzələ avtomobili klassik V8 deyil, 420 və 550 at gücünə malik gücləndirici versiyalarda 3 litr həcmli 6 silindrli tvin-turbo mühərrik alacaq.
Avtomobil 8 pilləli ZF 880RE avtomatik transmissiya və tam ötürücü ilə təchiz ediləcək. Yeni 2025 Dodge Charger kupe və sedan kuzov üslublarında təqdim ediləcək.
Dodge Charger-ın qiyməti hələ məlum deyil. Əsas benzinlə işləyən əzələ avtomobilinin təxminən 35-40 min dollar, elektrik avtomobilinin isə minimum 59 min dollara başa gələcəyi gözlənilir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə