Volkswagen Sincandakı zavodunu satır

Volkswagen Çinin Sincan bölgəsində SAIC ilə birgə müəssisənin satışını elan edib. Zavod və sınaq meydançaları Şanxay Motorlu Nəqliyyat Müfəttişliyi Sertifikasiyası (SMVIC) tərəfindən idarə olunacaq.

SİA-nın məlumatına görə, əməliyyatın qiyməti açıqlanmayıb

...2019-cu ildən avtomobil istehsal etməyən zavodun satışı iqtisadi səbəblərlə bağlıdır. Əvvəllər Sincandakı obyekt yalnız keyfiyyətə nəzarət və avtomobillərin dilerlərə təhvil verilməsi üçün istifadə olunurdu. Eyni zamanda, alman avtomobil istehsalçısı Çinin SAIC konserni ilə tərəfdaşlığını 2040-cı ilə qədər uzadıb. Müqavilə çərçivəsində şirkətlər 2026-cı ildə Çin bazarına çıxacaq iki hibrid də daxil olmaqla 18 yeni modeli buraxmağı planlaşdırır.

Xarici istehsalçıların birgə müəssisələr vasitəsilə fəaliyyət göstərməsi üçün məcburi tələblərin götürülməsinə baxmayaraq, Volkswagen SAIC, FAW, JAC və XPeng ilə əməkdaşlığı davam etdirir.

Şirkət 2030-cu ilə qədər 30-dan çox yeni elektrik və hibrid modeli təqdim etməyi planlaşdırır və bu, dünyanın ən böyük avtomobil bazarına strateji diqqət yetirdiyini təsdiqləyir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə