Çinin “Xiaomi” korporasiyası 2025-ci ilin birinci yarısında ikinci istehsal olunan elektrik avtomobilini təqdim edəcək. SİA xəbər verir ki, bu barədə CnEVPost məlumat yayıb. Noyabr ayında şirkət ilk elektrik avtomobili olan Xiaomi SU7 Ultra üçün satış məqsədinə vaxtından əvvəl nail olduğunu bildirib.
Avtomobil 100 min nüsxə tirajla satılıb. İnsayderlərin fikrincə, şirkət ikinci elektromobilini 2025-ci ilin martında satışa çıxaracaq: o, hesabatda MX11 adı ilə görünən tam elektriklə işləyən yolsuzluq avtomobili olacaq.
Yeni avtomobil Tesla Model Y ilə rəqabət aparacaq. Eyni zamanda, Çin elektromobili Amerikadan ucuz başa gələcək: o, minimum 249 900 yuan və ya təxminən 3,5 milyon rubl dəyərində qiymətləndiriləcək.
Qeyd edilməlidir ki, Çin korporasiyası həmçinin özünün elektromobil istehsalı zavodunun ikinci fazasının tikintisi üzrə işlərini davam etdirir.
İşlərin tamamlanması 2025-ci ilin iyun ayına nəzərdə tutulub. “Xiaomi” ildə 300 min elektromobil istehsal edə biləcəyinə inanır. Noyabrın 18-də “Xiaomi” rəhbərləri 2025-ci ildə 130 min elektrikli avtomobil satmaq niyyətində olduqlarını açıqladılar.
Əvvəllər şirkət 120 min ədəd elektromobil sata biləcəyinə inanırdı. İyul ayında “Xiaomi” korporasiyasının rəhbərləri qlobal avtomobil bazarına çıxmaq planlarından danışıblar. Şirkətin rəhbəri Lei Jun qeyd edib ki, Çin İT nəhənginin məqsədi dünyanın ilk 5 avtomobil istehsalçısı sırasına daxil olmaqdır.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə