...Jaguar rebrendinq etmək qərarına gəldi və yeni loqosunun necə görünəcəyini göstərdi. Emblem tamamilə fərqli üslubda hazırlanmışdır və artıq yaquarın ənənəvi obrazı ilə əlaqələndirilmir
SİA-nın əldə etdiyi məlumata görə, yeni brendin loqosu minimalist üslubda işlənib.
O, ortada J və R hərflərinin konturunu (Jaguar adındakı ilk və son hərflər) təşkil edən dairəvi xətləri birləşdirir.
Loqotipin dəyişdirilməsi Exuberant Modernism adlanan korporativ şəxsiyyətin yaradılmasında yeganə addım olmayacaq. Bundan əlavə, şirkət rəng kimliyini və şüarını “Heç bir şeyi kopyalama” olaraq dəyişəcək. Bu ifadə brendin yaradıcısı Uilyam Lyonsa aiddir.
...Brendin son üslubunda olan ilk Jaguar avtomobili Mayami İncəsənət Həftəsində nümayiş etdiriləcək. Bu, Britaniya brendinin gələcək modellərinin dizaynını da nümayiş etdirəcək konsept-kar olacaq.
...2030-cu ilə qədər şirkət üç seriyalı elektromobil istehsal etməyi planlaşdırır.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə