Donkervoort F22-nin Audi mühərrikli versiyasını nümayiş etdirdi

…Hollandiyanın Donkervoort şirkəti F22 modelini Final Five-ın yekun variantında təqdim etdi. Bu, Audi-dən turbo mühərrikli sonuncu F22 Targa olacaq. Avtomobilin qiyməti 315.000 avrodan başlayır.

SİA-nın əldə etdiyi məlumata görə, Donkervoort modeli demək olar ki, dörddə bir əsrdir ki, Audi mühərrikləri ilə təchiz edilmişdir.

Əvvəlcə bu, 1,8 litrlik 4 silindrli aqreqat idi, sonra isə 2,5 litrlik "beş"ə keçdilər. Donkervoort F22 Final Five-dəki turbo mühərrik 500 at gücünə malikdir və 640 Nm fırlanma anı… Birinci yüzliyə göstərilən sürətlənmə 2,5 s, ikinciyə isə 7,5 s-dir.

Final Five versiyası standart F22-dən karbon-keramika əyləcləri, karbon lifli təkərlər və karbon gövdəsi ilə fərqlənir. Bu, avtomobilin çəkisini 750 kq-dan 716 kq-a endirməyə imkan verdi. Ümumilikdə 5 belə nüsxənin buraxılması planlaşdırılır. Şirkətdən verilən məlumata görə, bütün partiya artıq satılıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə