80-ci illərin dəbdəbəsi: yürüş olmadan kəşf edilən lüks Cadillac
Bu günlərdə ABŞ-da 1984-cü il istehsalı olan Cadillac Eldorado kupesi yeni vəziyyətdə tapılıb. Deyilənlərə görə, lüks avtomobil 40 ildir qarajda “oturubmuş”.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Autoevolution saytı yazıb.
Bu Cadillac Eldorado Biarritz cəmi 188 km qət edib. Onun tarixi qəribədir - ilk sahibi avtomobili 1984-cü ildə alıb, qaraja qoyub və onu unudub. Yalnız bu yaxınlarda avtomobili xatırladılar və indi onu 59 900 dollara satmağa qərar veriblər.
Cadillac Eldorado Biarritz kupesi elə bil, indicə avtosalondan alınıb. Korpus ve salon ideal veziyyetdədir və mator asan işləyir. Bu dəfə kapsul heç bir investisiya tələb etmir.
Cadillac Eldorado-nun salonu dəri və ağacla bəzədilib. Avtomobil innovativ rəqəmsal idarə paneli ilə təchiz edilib, həmçinin klimat-kontrol, kruiz-kontrol və elektrik oturacaqlar var.
Cadillac Eldorado Biarritz-in kapotunun altında 125 at gücünə malik 4,1 litrlik yanacaq vuran V8 var. 4 pilləli avtomatik transmissiya ilə yüzlərlə sürətlənmə 13,8 saniyə çəkir, maksimal sürət isə 170 km/saatdır.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə