Cənubi Koreya sosial media şirkəti “Meta”ya istifadəçi məlumatlarını icazəsiz topladığı və üçüncü şəxslərlə paylaşdığı üçün 21,62 milyard von (təxminən 15,67 milyon dollar) məbləğində cərimə kəsib.
SİA-nın məlumatına görə, Cənubi Koreya Şəxsi Məlumatların Mühafizəsi Komissiyası (PIPC) tərəfindən verilən açıqlamada “Meta”nın Cənubi Koreyadan olan 980 min “Facebook” istifadəçisinin şəxsi məlumatlarını topladığı və bu məlumatları istifadəçi razılığı olmadan reklam verənlərlə paylaşdığı bildirilib. Toplanan məlumatlara istifadəçilərin siyasi görüşləri, dini inancları kimi həssas məlumatlar da daxildir.
“Meta”nın bu məlumatları təxminən 4 min reklam şirkətinə ötürdüyü və istifadəçiləri fərdi olaraq hədəfləyən reklamlarla məxfiliyi pozduğu qeyd edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə