Belarusun elektrik velosipedinin qiyməti..?

Batareyanın doldurulması 30 kilometrə kifayət edir...

...SİA-nın əldə etdiyi məlumata görə, Motovelozavodun direktoru Sergey Manko, yaxınlarda satışa çıxarılacaq Belarusun elektrik velosipedinin 2,8 min rubla başa gələcəyini bildirib.

Hazırda prototip sınaqdan keçirilir.

Deyilənlərə görə, elektrikli velosiped çıxarıla bilən batareyaya sahib olacaq.

Akkumulyatorun doldurulmasının 30 kilometrə çatacağı güman edilir. O, 25 km/saat sürətə çata biləcək.

Velosipeddən istifadə etmək üçün lisenziyaya və ya qeydiyyata ehtiyac olmayacaq.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə